"Real" 20 yaşlı futbolçu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Dortmund "Borussiya"sının üzvü Julian Veyqlə elçi düşüb.
Futbolçu özü də "Real"da oynamaq niyyətindədi. Buna görə, "Borussiya"nın yeni müqavilə təklifindən imtina edir.
Qeyd edək ki, "Borussiya" Julianı 2015-ci ildə "1860 Münhen"dən 2,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 18 milyon avro qiymət qoyub. 20 yaşlı yarrımüdafiəçi ötən mövsüm 51 rəsmi oyuna çıxıb.
Fanat.Az