“Mançester Yunayted” Zlatan ibrahimoviçlə yolları ayırır. Fanat.Az “The Guardian” (Qardian) qəzetinə istinadən xəbər verir ki, Avroliqanın 1/4 finalında aldığı ağır zədə üzündən 2017-ci ilin sonunadək yaşıl meydanlara çıxmayacaq İbranın əvəzinə Alvaro Morata heyətə qatılacaq.
İsveçli ulduzun durumunu nəzərə alan MY rəhbərliyi onun müqaviləsinin qalan 1 ilinə qarşılıqlı razılıq əsasında xitam verəcək. Morataya görə isə “qırmızı şeytanlar” 60 milyon avrosundan keçməyə hazırdı. Madrid “Real”ının 24 yaşlı hücumçusu isə Joze Morinyonun komandasına gəlməyin əleyhinə deyil.
Fanat.Az