"Real"ın hədəfindəki qapıçı

"Real"ın hədəfindəki qapıçı

"Real"ın yayda heyətinə qatmaq istədiyi qapıçının kimliyi müəyyənləşib. Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, Madrid klubu "Tottenhem"dən Hüqo Llorisi hədəfə alıb.

"Real" uzun müddətdi "Çelsi"dən Tibaut Kurtisi heyətinə qatmaq istəyirdi. Amma London klubu fransız qapıçısını buraxmaq istəmir. Bu səbəbdən ispanlar hədəf dəyişdirib.

Qeyd edək ki, "Tottenhem" Hüqo Llorisi 2012-ci ildə Lion "Olimpik"indən 12,6 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 24 milyon avro qiymət qoyub. 

"Real"ın heyətində 3 qapıçı var. Onlardan kosta rikalı Keylor Navas cari mövsümdə 18, ispan Kiko Kasilya 14 rəsmi oyuna çıxıb. 23 yaşlı ispaniyalı qolkiper Ruben Yanez isə cəmi 1 kubok matçında forma geyinərək 14 dəqiqə oynayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər