"Real"ın hədəfindəki iki dünya ulduzu

"Real"ın hədəfindəki iki dünya ulduzu

"Real"ın transfer siyahısındakı daha iki futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Kral Klubu" "Çelsi" və PSJ-nin ulduzlarını hədəfə alıb.

Hazırda "Real" Paul Poqbanın transferi üçün "Mançester Yunayted"lə yarışır. Madrid klubu "Yuventus"un fransalı ulduzunu tranfser edə bilməsə, transfer siyahısındakı digər namizədlərə keçəcək. "Real"ın hədəfindəki əsas futbolçuların isə "Çelsi"dən Nemanya Matiç və PSJ-dən Marko Verrattidi.

Qeyd edək ki, "Çelsi" Nemanya Matiçi 2014-cü ildə "Benfika"dan 25 milyon avroya alıb. Hazırda "Transfermarkt" 27 yaşlı serb yarımmüdafiəçiyə 38 milyon avro qiymət qoyub. Ötən mövsüm 43 rəsmi oyuna çıxan futbolçu 2 qol vurub.

Marko Verratti isə 2012-ci ildə "Peskara"dan PSJ-yə 12 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 23 yaşlı italyan yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub. O, ötən mövsüm 23 rəsmi matçda meydana çıxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər