"Real"ın daha bir müdafiəçisi kənarda qaldı

"Real"ın daha bir müdafiəçisi kənarda qaldı

"Real Madrid" daha bir itki ilə üzləşib.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Raul Asensio infeksiyaya yoluxub.

Asensio La Liqanın 14-cü turunda "Jirona"ya qarşı bu gün keçirəcəkləri oyunu kənardan izləyəcək.

"Real"ın digər müdafiəçiləri David Alaba, Dani Karvaxal və Din Höysen də son məşqə qatılmayıblar.

Qapıçı Tibo Kurtua, müdafiəçi Antonio Rüdiger və yarımmüdafiəçi Franko Mastantuono sıraya dönüblər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər