"Real"ın böyük yalanı İFŞA OLUNDU

"Real"ın böyük yalanı İFŞA OLUNDU

"Real"ın böyük yalanı ifşa olunub. Fanat.az xəbər verir ki, "Kral Klubu"nun 2013-cü ildə Qaret Beyllə bağlı açıqlamasının həqiqəti əks etdirmədiyi müəyyənləşib.

Belə ki, "Real" 2013-cü ildə "Tottenhem"dən uelsli futbolçunu transfer etmişdi. Həmin vaxt əsas müzakirə mövzusu bu transferə nə qədər pulun xərclənməsi ilə bağlı idi. Bəzi mənbələr "Real"ın Kriştiano Ronaldo üçün "Mançester Yunayted"ə ödədiyi məbləğdən daha çox xərclədiyini iddia edirdi. Lakin həmin vaxt açıqlama verən klubun prezidenti Florentino Peres Ronaldonun rekordunun qırılmadığını və Beyl üçün 91 milyon avro xərcləndiyni açıqlamışdı.

Lakin bir müddət əvvəl "Barselona"nın Neymar transferi üçün xərclədiyi vəsaitlə bağlı rəsmi açıqlamasının yalan olduğunu sənədlərlə sübut edən "Football Leaks" "Real"ın da yalanını üzə çıxardıb. Təqdim olunan sənədlər "Kral Klubu"nun Beyl üçün 101 milyon avro xərclədiyini təsdiq edir. 

Məlumata görə, Florentino Pereslə "Tottenhem"in prezidenti Dani Levi transfer haqqının 2013-2016-cı illəri əhatə etməklə 4 dəfəyə ödənilməsi barədə razılıq əldə edib. "Real" hər dəfə qarşı tərəfə 24,9 milyon avro ödəyib. Əlavə bonuslarla birlikdə isə bu məbləğ 101 milyon avroya çatıb. Bu isə Beylin dünyanın ən bahalı transferi olduğunu deməyə əsas verir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər