"Real"ın baş məşqçisi rəsmən açıqlandı

"Real"ın baş məşqçisi rəsmən açıqlandı
"Real"ın yeni baş məşqçisi rəsmən açıqlanıb. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Karlo Ançelottinin istefasından sonra boş qalan posta Rafael Benites təyin olunub. İspan mütəхəssislə 3 illik müqavilə imzalanıb. Benites "Kral Klubu"nda ildə 4 milyon avro qazanacaq. Yeni baş məşqçi Bakı vaхtı ilə saat 16.00-da mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Rafael Benites məşqçilik karyerasına "Real"ın B komandasında başlayıb (1995-1996). Daha sonra İspaniyanın "Valyadolid", "Osasuna", "Ekstremadura", "Tenerife", "Valensiya", İngiltərənin "Liverpul", "Çelsi", İtaliyanın "İnter" klublarına başçılıq edib. Onun son iş yeri "Napoli" olub (2013-2015). 
Rafael Benitesin titulları
Valensiya
La Liqa (2): 2001/02, 2003/04
UEFA Kuboku (1): 2003/04
Liverpul
Federasiya Kuboku (1): 2005/06
İngiltərə Superkuboku (1): 2006
Çempionlar Liqası (1): 2004/05
UEFA Superkuboku (1): 2005
İnter 
İtaliya Superkuboku (1): 2010
Klublararası dünya çempionatı (1): 2010
Çelsi
Avropa Liqası (1): 2012/13
Napoli
İtaliya Kuboku (1): 2013/14
İtaliya Superkuboku (1): 2014
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər