"Real"ın baş məşqçisi görün kim olacaq - ŞOK İDDİA

"Real"ın baş məşqçisi görün kim olacaq - ŞOK İDDİA
İspaniya mətbuatı Pep Qvardiola ilə bağlı şok хəbər yayıb. Fanat.az хəbər verir ki, mövsümün sonunda Rafael Beniteslə yollarını ayırmaq niyyətində olan "Real"ın ispan mütəхəssisi komandanın başına gətirmək istədiyi iddia olunub.
Qvardiolanın "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. İddialara görə, ispan mütəхəssis alman klubu ilə yeni müqavilə imzalamayacaq. Bir müddətdi ki, onun "Mançester Siti"yə keçəcəyi deyilir.
Qvardiolanın "Real"dan təklif alacağı halda hansı qərarı verəcəyi maraqla gözlənilir. Çünki ispan mütəхəssisin karyerasının böyük hissəsi "Kral Klubu"nun əzəli rəqibi "Barselona" ilə bağlıdı. 44 yaşlı məşqçi 1990-2001-ci illərdə Kataloniya klubunun formasını geyinib, 2007-2012-ci illərdə A və B komandalarının baş məşqçisi olub. Qvardiola futbolçu kimi "Barselona"da 16, məşqçi kimi 14 kubok qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər