"Real"ın ulduzu Ceyms Rodrigesə daha bir müştəri çıxıb. Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduzu "Çelsi"nin istədiyi bildirilir.
Rodriges uzun müddətdi ingilis klublarının maraq dairəsindədi. Bir müddət əvvəl "Mançester Yunayted" və "Arsenal"ın da onu istədiyi deyilirdi. Həmçinin PSJ-nin də Rodrigesin xidmətində maraqlı olduğu məlumdu.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.
Fanat.Az