"Real"ın ulduzu Xames Rodrigesə daha bir klub elçi düşüb. Fanat.Az xəbər verir ki, kolumbiyalı futbolçunu "Liverpul" heyətinə qatmaq istəyir.
"Mirror"un xəbərinə görə, "qırmızılar" artıq "Real"a rəsmi müraciət edib. "Kral Klubu"nun Kriştiano Ronaldonun kölgəsində qalan futbolçunu satmaq istədiyi bildirilir. Hətta klub rəhbərliyi Rodrigesin meneceri Xorxe Mendesə müştərisi üçün yeni klub tapmağı tapşırdığı deyilir.
Bundan sonra Menedes "Liverpul" rəsmiləri ilə danışıqlar masasına oturub. "Real"dan müsbət cavab alan İngiltərə klubunun 75 milyon avroluq transfer haqqını mümkün qədər azaltmağa çalışdığı deyilir.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb.
Fanat.Az