PSJ-də oynayan Anxel Di Maria "Real"da oynadığı müddətdə 1,3 milyon avro vergidən yayındığı üçün cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, məhkəmə argentinalı futbolçuya 1 illik həbs cəzası və 2 milyon avro cərimə kəsib.
İspaniya qanunlarına görə, cəzası 2 ildən az olduğu üçün Di Maria həbsxanaya girməyəcək.
Qeyd edək ki, Di Marianı 2010-cu ildə "Benfika"dan 33 milyon avroya alın "Real" 2014-cü ilə onu "Mançester Yunayted"ə 75 milyon avroya satıb. Argentinalı ulduz bir il sonra 63 milyon avroya PSJ-yə transfer olunub.
Fanat.Az