"Real"ın 45 milyonluq ulduzu İtaliya yolunda

"Real"ın 45 milyonluq ulduzu İtaliya yolunda

"Milan" "Real"ın futbolçusuna elçi düşüb. Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, İtaliya klubu Luka Modriçi heyətinə qatmaq istəyir.

Xorvat ulduzun bu yay komandanı tərk edəcəyi gözlənilir. "Milan" ona uzun müddətli müqavilə və yaxşı maaş təklif edir.

Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən 30 milyon avroya "Real"a transfer olunub. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub. 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə 36 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər