Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, kubok ardıcıl üçüncü dəfə İspaniyaya gedəcək.
Belə ki, Super Kubok matçında yenə iki ispan klubu - Çempionlar Liqasının qalibi "Real" və Avrrpa Liqasını qazanmış "Sevilya" qarşılaşıb.
Norveçin "Lerkendal" stadonunda keçirilən qarşılaşmanın əsas vaxtında qapılara 4 qol vurulub. Komandalar hərəyə iki dəfə fərqlənməyi bacarıblar. Oyunun 90 dəqiqəsi bərabərliklə bitdiyindən qalibi müəyyənləşdirmək üçün əlavə vaxtlara ehtiyac duyulub. Hərkəsin qalibin adına penaltilər seriyasında aydınlıq gələcəyini düşündüyü anda Daniel Karvahal 119-cu dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.
Super Kubok
9 avqust
Real (İspaniya) - Sevilya (İspaniya) 3:2
Qollar: Marko Asensio, 21. Serxio Ramos, 90+3. Dani Karvajal, 119 - Franko Vazkues, 41. Yevgeni Konoplyanka, 71-pen.
Real: 13. Kiko Kasilya, 2. Dani Karvajal, 4. Serxio Ramos, 5. Rafael Varane, 12. Marselo, 14. Karlos Kasemiro, 16. Mateo Kovaciç, 17. Lukas Vazkues, 21. Alvaro Morata, 22. İsko, 28. Marko Asensio.
Ehtiyat oyunçular: 31. Ruben Yanes, 6. Naço Fernandes, 9. Karim Benzema, 10. Ceyms Rodrigues, 19. Luka Modriç, 23. Danilo, 27. Marcos Llorente.
Baş məşqçi: Zinəddin Zidan.
Sevilya: 1. Serxio Riko, 5. Timoti Kolodjieyçak, 6. Daniel Karriso, 8. Visente İborra, 9. Lusiano Vietto, 14. Hiroşi Kiyotake, 15. Stiven N`Zonzi, 20. Vitolo Maşin, 21. Nikolas Pareya, 22. Franko Vazkues, 25. Mariano Ferreyra.
Ehtiyat oyunçular: 13. David Soria, 4. Matias Kranevitter, 10. Yevgeni Konoplyanka, 12. Vissam Ben Yedder, 17. Pablo Sarabia, 18. Serxio Eskudero, 23. Adil Rami.
Baş məşqçi: Xorxe Sampaoli.
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (Serbiya), Şimon Marçinyak (Polşa).
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (Serbiya).
Ehtiyat hakim: Tomaş Listkeviç (Polşa).
Tronheym (Norveç). “Lerkendal” stadionu.
Fanat.Az