"Monako" "Real"a transfer olunacağı deyilən Kilian Mbappe ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, klubun idman direktoru Antonio Kordon 19 yaşlı futbolçunun komandada qalacağını bildirib:
"Mbappe "Monako"da qalmaq istəyir. "Real"dan rəsmi təklif yoxdu. Jurnalistlər çox şey yazır, amma onun məqsədi komandada qalmaqdı. Hər futbolçu öz qərarını verir və öz yolunu seçir. Onun çox seçim imkanı var, çünki əla futbolçudu. Son qərarını yaxında öyrənəcəyik".
Qeyd edək ki, "Real"ın Mbappe üçün "Monako"ya 135 milyon avro təklif etdiyi bildirilir.
Fanat.Az