Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. İlk oyunda "Bavariya"nı 1:0 hesabı ilə yenən "Real" Münhendə alman klubunun qonağı olacaq. "Santyaqo Bernabeu"da səhvsiz müdafiə xətti ilə diqqəti çəkən "Kral Klubu" quru hesablı qələbə sayəsində finala doğru ilk addımı atdı. Bəs "Real" ikinci addım olan Almaniyadakı oyunda nələrə diqqət etmək lazımdı?
İker Kasilyas və qapıçı amili
"Real" çempionatda Dieqo Lopezə, Çempionlar Liqasında İker Kasilyasa güvənir. İlk baxışda bu yalnış seçim adlandırıla bilər. Amma bu durum komandanın uzun illər ərzində bir nömrəli qapıçısı olan Kasilyasın Çempionlar Liqasına daha yaxşı köklənməsini təmin edir.
"Bavariya"nın Frank Riberi, Toni Kroos, Tomas Müller, Aryen Robben və Mario Mandzukiçdən idarət öldürücü hücum gücü gözlərin bir qat daha Kasilyasa çevrilməsinə səbəb olur. Təcrübəli qapıçının Münhendəki performansı final yolunda çox önəmli olacaq.
4-4-2 və müdafiə anlayışı
Karlo Ançelottinin "Bavariya" və "Barselona" matçınlarında istifadə etdiyi 4-4-2 sistemi uğur gətirdi. Müdafiəyəmeyilli oyuna yönəlik əks-hücum taktikası Almaniyadakı cavab matçında da komandanın final yolundakı önəmli seçimlərindən biri olacaq.
Bu sistemdə Di Mariya və İskonun (Beyl və Ronaldonun eyni anda meydanda olması bəzi şeyləri dəyişə bilər) dəstəyi ilə bərabər, Marselo (Koentrao) və Karvajal kimi isimlərin enerjisi komandanın gücünü daha da artıracaq. Bununla yanaşı, orta sahədə Xabi və Mordiç, müdafiədə Pepe və yoldaşlarının daha diqqətli olacaqları halda, finala vəsiqə təmin oluna bilər.
Məhsuldar top istifadəsi
"Real" "Bavariya" və ondan əvvəlki "Barselona" matçlarında olduğu kimi topun rəqibdə olmasına icazə verərək, 2-3 məhsuldar əks-hücumla işi bitirə bildi. Ançelotti rəqibin topa nəzarətinə icazə verərək, sürətli əks-hücumlarla istədiyi nəticəni ala bilər. "Real" Almaniyada "Barselona" və "Bavariya" ilə ilk matçdakı kimi topdan lazım olan səviyyədə istifadə edə bilsə, Münhen klubu üçün gecə olduqca ağır keçəcək.
Robben və Riberi...
"Real" "Bavariya"nın hücum güclərini nə qədər çox zərərsizləşdirə bilsə, uğura bir o qədər çox yaxın olacaq. Burda Robben və Riberinin ayağından qurulacaq hücumlar daha çox önəm qazanacaq. İlk matçda olduğu kimi bu iki futbolçunu dayandırmaq mümkün olsa, finalın bir iştirakçısı "Real" olacaq.
Beyl ya da Beylsiz...
Ançelotti "Barselona" matçında Ronaldosuz Beyllə, "Bavariya" oyununda isə Beylsiz Ronaldo ilə istədiyi nəticələri qazandı. İtalyan mütəxəssis bu iki ulduz eyni anda meydanda olduğu matçlarda 4-4-2 taktiki sxeminə üstünlün vermir. Ançelotti bu axşam bir seçim etməli olacaq. O, ya Beyl və Ronaldonu eyni anda meydana buraxıb komandasını 4-3-3-lə, ya da Beyl və ya Ronaldonu seçib 4-4-2 ilə oynadacaq. Böyük ehtimalla baş məşqçi Ronaldonu seçib, 4-4-2 taktiki sxemini tətbiq edəcək.
Fanat.az