"Real"dan yeni rekord!

"Real"dan yeni rekord!

Madridin "Real" klubu yeni rekordla yadda qalıb.

Paytaxt təmsilçisi ardıcıl 19-cu dəfə UEFA Çempionlar Liqasında birbaşa iştirak hüququ əldə edib.

Bu, İspaniya La Liqasının 34-cü turunda "Rayo Valyekano" - "Valensiya" matçında sonra rəsmiləşib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Valensiya"nın "Real"la xal fərqi 13-ə yüksəldiyindən, "kra klubu" bu uğuru reallaşdırıb. "Valensiya" qarşıdakı 4 turda maksimum nəticə göstərsə belə, hazırda ikinci pillədə qərarlaşan "Real"a çata bilməyəcək. Bununla da, üçüncü və dördüncü pillərdə qərarlaşan "Valensiya" və "Sevilya"nı 13 xal qabaqlayan "Real"ın növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirakı rəsmiləşib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər