"Real"dan şok təklif: 120 milyon + Toni Kroos

"Real"dan şok təklif: 120 milyon + Toni Kroos

"Real"ın Paul Poqba sevdası bitmir. Fanat.az xəbər verir ki, "Kral Klubu" "Mançester Yunayted"in də hədəfində olan futbolçu üçün rəsmi təklif göndərib.

Bir neçə gün əvvəl "Mançester Yunayted"in Poqba üçün "Yuventus"a 100 milyon avro təklif etməsi barədə xəbər yayılmışdı. "Real"ın təklifi isə daha cəlbedici olub. İddia olunur ki,  Madrid təmsilçisi "Yuventus"a 120 milyon avro və Toni Kroosu təklif edib.

Qeyd edək ki, "Transfermarkt" Paul Poqbaya 70 milyon avro qiymət qoyub. Başa çatan mövsümdə 49 rəsii oyuna çıxan 23 yaşlı fransalı yarımmüdafiəçi 10 qol vurub.

"Real"ın 2014-cü ildə "Bavariya"dan transfer etdiyi Toni Kroosun transfer dəyəri hazırda 50 milyon avrodu. 2015/16 mövsümündə 44 rəsmi oyun keçirən 26 yaşlı alman futbolçu 1 dəfə fərqlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər