"Real"dan Roberto Karlosa təklif

"Real"dan Roberto Karlosa təklif
Son olaraq Hindistanın "Dehli Dinamo" klubunu çalışdıran Roberto Karlos "Real"dan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə braziliyalı özü açıqlama verib.
İspaniya mətbuatına danışan Karlos "Real"dan təklif aldığını təsdiqləyib: "Real"da işləmək mənim üçün şərəfdi. Klubdakı gələcəyimlə bağlı bir görüş keçirdik. Cümə günü bir çox məsələ dəqiqləşəcək". 
Karlos "Real"da idman direktoru olmayacağını bildirib: "İdman direktoru olmaq bir az çətindi. Mənim istədiyim Zidandan bəzi şeyləri öyrənmək və məşqlərdə ona yardımçı olmaqdı".
Qeyd edək ki, Roberto Karlos 1996-2007-ci illərdə "Real"da çıxış edib. O, 2001-2006-cı illərdə "Real"ın hazırkı baş məşqçisi Zinəddin Zidanla birlikdə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər