"Real" "Valensiya"nın futbolçusu Andre Qomesi transfer etmək istəyir. Fanat.az xəbər verir ki, "Kral Klubu" portuqaliyalı ulduz üçün rəsmi təklif göndərib.
"Real"ın "Valensiya"ya 65 milyon avro təklif etdiyi deyilir. Qomesi uzun müddət Luka Modriçin yerini dolduracaq oyunçu kimi transfer etmək istəyən Zinəddin Zidanın Paul Poqbadan vaz keçmədiyi, əvəzində Nqolo Kantedən imtina etdiyi deyilir.
"Barselona", "Çelsi", PSJ və "Yuventus"un da istədiyi Qomesin "Valensiya" ilə 2020-ci ilədək müqaviləsi var. La Liqa klubu onun müqaviləsinə 120 milyonluq bənd salıb. Bu bəndə əsasən portuqaliyalı 120 milyon avro qarşılığında istədiyi kluba keçə bilər.
Qeyd edək ki, "Valensiya" Qomesi ötən yay "Benfika"dan 15 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. 23 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümündə 41 rəsmi oyuna çıxıb və 5 qol vurub.
Fanat.az