Transferin son günündə "Real"da gözlənilməz ayrılıq baş tutub. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Alvaro Arbeloa ilə yollarını ayırıb.
33 yaşlı ispan futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Belə ki, o, "Vest Hem"lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İspaniya millisi ilə 2010-cu ildə dünya çempionluğunu qazanan, 2008-2012-ci illərdə Avropa çempionu olan Arbeloa 7 mövsüm formasını geyindiyi "Real"da 238 oyun keçirib və 6 qol vurub.
Fanat.Az