"Real"dan göndərilən Arbeloa İPL komandasının baş məşqçisi oldu - RƏSMİ

"Real"dan göndərilən Arbeloa İPL komandasının baş məşqçisi oldu - RƏSMİ

"Real Madrid"in baş məşqçi pistundan istefaya göndərilən Alvaro Arbeloanın yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, İngiltərənin "Fulhem" komandası sözügedən mütəxəssisə tapşırılıb.

Məlumatı "bağbanlar"ın rəsmi saytı yayıb. 43 yaşlı mütəxəssis müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

"Fulhem" geridə qalan mövsümdə İngiltərə Premyer Liqasındakı mübarizəni 11-ci pillədə tamamlayıb. Komanda çempionatda çıxdığı 38 oyunda 54 xal toplayıb.

"Real"ın indiki çalışdırıcısı Joze Mourinyudur.

Toğrul

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər