"Real"dan daha bir rekord: 7 mövsüm, 751 qol

"Real"dan daha bir rekord: 7 mövsüm, 751 qol
"Real" daha bir rekorda imza atıb. Fanat.az xəbər verir ki, "Kral Klubu" ardıcıl 7 mövsümdə La Liqada 100 qolluq həddi keçən ilk klub olub.
Belə ki, "Real" dünən "Vilyarreal"ı 3:0 hesabı ilə yenib. Oyunun 69-cu dəqiqəsində fərqi iki topa çatdıran 24 yaşlı Lukas Vazquez komandasının 100-cü qolunu vurub. Bununla da "Real" rekorda imza ataraq La Liqa tarixində 100 qolluq həddi keçən ilk klub kimi tarixə düşüb.
"Real"ın son 7 mövsümdəki qol göstəricisi: 2009/10 - 102, 2010/11 - 102, 2011/12 - 121, 2012/13 - 103, 2013/14 - 104, 2014/15 - 118, 2015/16 - 101. Bələliklə, "Kral Klubu" 7 mövsümdə La Liqadakı rəqiblərini 751 dəfə məyus edib.
"Barselona" isə son 4 mövsümdə 100 qolluq həddi keçib: 2011/12 - 121, 2012/13 - 103, 2013/14 - 100, 2014/15 - 118. Cari mövsümdə 96 qol vuran "Barselona"nın son 4 turda yenə 100 qolluq həddi keçəcəyi gözləniləndi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər