"Real"dan ayrılan Vaskesi 2 İtaliya nəhəngi istəyir

"Real"dan ayrılan Vaskesi 2 İtaliya nəhəngi istəyir

Bir neçə gün öncə "Real Madrid"i tərk edən müdafiəçi Lukas Vaskes iki İtaliya nəhənginin diqqət mərkəzindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Məlumata görə, 34 yaşlı futbolçunun xidmətində "Milan" və "Yuventus" maraqlıdır. Mənbə Türkiyə təmsilçisi "Beşiktaş"ın da onu heyətinə qatmaq variantını nəzərdən keçirdiyini vurğulayıb.

2007-ci ildən "Real"ın strukturunda olan Vaskes 2010-cu ildə əsas komandada debüt edib. O vaxtdan bəri "Kral klubu"nda 402 matça çıxan arxa xətt oyunçusu 23 titul qazanıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər