"Real"dakılara zəng vurub iş istəməyəcəyimə əminəm"

"Real"dakılara zəng vurub iş istəməyəcəyimə əminəm"

Madrid “Real”ının və İspaniya yığmasının sabiq müdafiəçisi Alvaro Arbeloa karyerasını bitirdiyini bəyan edib. Fanat.Az xəbər verir ki, son mövsümü London təmsilçisi “Vest Hem”də keçirən (4 oyun) arxa xətt oyunçusu belə deyib:

“Real” həyatımın klubudu. Onlara zəng vurub iş istəməyəcəyimə əminəm. Amma zəng gözləyəcəm. Vidalaşmaq vaxtıdı. Fiziki cəhətdən oynamağa hazır olsam da, butslarımı mıxdan asmaq vaxtının gəldiyini düşünürəm”.

Qeyd edək ki, Arbeloa “buğalar”ın heyətində 2010-cu ildə dünya, 2008 və 2012-də isə Avropa çempionu olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər