Qaret Beyli heyətinə qatmaqla özündən söz etdirən "Real"ın bu yay transferlərə xərclədiyi və satışlardan qazandığı məbləğ müəyyənləşib. Fanat.az xəbər verir ki, "Kral Klubu" yeni oyunçuların alınmasına 180.7 milyon avro sərf edib.
"Real" bu yay futbolçu satışından 114.5 milyon avro qazanıb. Bu "Los Qalaktikos"un 111 illik tarixi ərzində rekord həddi. Bundan əvvəlki rekord 2010/11 mövsümündə qeydə alınmışdı - 87.5 milyon avro.
"Real"ın bu yay aldığı futbolçular
1. Qaret Beyl - 100 milyon avro
Asyer İllarramendini - 38.9 milyon avro
İsko - 30 milyon avro
Daniel Karvajalı - 6.5 milyon avro
Kasemiro - 5.3 milyon avro
"Real"ın bu yay satdığı futbolçular
1. Mesut Özil - 50 milyon avro
2. Qonzalo Hiquayn 37 milyon avro
3. Raul Albiol - 12 milyon avro
4. Joze Kalyexon - 9.5 milyon avro
5. Pedro Leon - 6 milyon avro
Fanat.az