"Real"da Kriştiano Ronaldo erası başa çatır. Fanat.az xəbər verir ki, bu iddia ilə İspaniyanın "Sport" nəşri çıxış edib.
Qəzetin iddiasına görə, Ronaldonun şıltaqlıqları prezident Florentino Peresi bezdirib. Məlumatda bildirilir ki, portuqaliyalı ulduzun baş məşqçilərlə yola getməməsi və son olaraq Almaniya mətbuatına müsahibəsində "Real"ı tərk edə biləcəyi ilə bağlı açıqlaması Peresin səbr kasasını daşırıb. Hələ üstəlik onun boksçu dostunu görmək üçün tez-tez Mərakeşə səfər edərək intizamsızlıq nümayiş etdirməsi onunla bağlı sərt qərarın verilməsinə səbəb olub.
İddiaya görə, Peres artıq Ronaldonu göndərmək qərarına gəlib. Amma bunun üçün FIFA-nın verdiyi transfer qadağası başa çatmalıdı. Belə ki, ali futbol qurumu "Real"a 2016-cı ilin yayında və 2017-ci ilin qışında transfer etməyi yasaqlayıb. Bu qadağa başa çatandan sonra Ronaldo başqa kluba satılacaq.
Fanat.az