Yayda "Napoli" keçən Qonzalo Hiquayn "Real"danr ayrılmasının səbəbini açıqlayıb. Fanat.az xəbər verir ki, argentinalı forvard "Kral Klubu"ndan ayrılmağın çox çətin olduğunu bildirib.
"Özümü dəfələrlə sübut etməyimə rəğmən məşqçilərin mənimlə bağlı hələ də sual işarələri var idi. Əgər futbolçuların, məşqçilərin və rəhbərliyin dəstəyi olsaydı hər şey daha yaxşı olardı. "Real"dan ayrılmaq asan olmadı. Amma yeni bir meydanda özümü göstərməyimə ehtiyac var idi. "Özümü "Napoli"də çox xoşbəxt hiss edirəm", deyə Hiquayn qeyd edib.
Fanat.az