"Real" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, "Atletiko" ilə oyunda zədələnən Kərim Benzema komandasına kömək edə bilməyəcək.
Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, fransalı ulduz sağ ayağından zədə alıb. Benzema bu səbəbdən ən azı 3 oyunu buraxmalı olacaq. 28 yaşlı futbolçunun La Liqada "Levante" və "Selta"ya, Çempionlar Liqasında isə "Roma"ya qarşı oynamayacağı dəqiqdi.
Fanat.az