"Real"da çətin qərar: hansı ulduz gedəcək?

"Real"da çətin qərar: hansı ulduz gedəcək?

"Real" bu yay 3 ulduz futbolçusundan biri ilə yollarını ayıracaq. Fanat.Az xəbər verir ki, bu barədə "Don Balon" xəbər yayıb.

Xəbərdə bildirilir ki, "Real" mövsümün sonunda Kriştiano Ronaldo, Qaret Beyl və Kərim Benzema "üçlüy"ündən biri ilə yollarını ayırmağa hazırlaşır.

Qeyd edilir ki, klub rəhbərliyi son dönəmlər hücum xəttinin performansından razı deyil və əlavə hücumçu transfer etmək istəyir. Bu səbəbdən də adıçəkilən futbolçulardan biri yola salınacaq.

Həminin futbolçunun kimliyi hələ bəlli deyil. Amma bunun Kərim Benzema olmaq ehtimalı daha böyükdü. Həmçinin cazibədar təklif olacağı halda Qaret Beylin də satılması mümkündü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər