"Liverpul" "Real"ın iki futbolçusuna elçi düşüb. Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "qırmızılar" Ceyms Rodriges və Marko Asensionu heyətinə qatmaq istəyir.
İddiaya görə, "Liverpul" tezliklə ispanlarla danışıqlara başlamaq niyyətindədi. İngiltərə klubunun iki futbolçu üçün "Real"a 92 milyon funt-sterlinq təklif edəcəyi deyilir.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" kolumbiyalı ulduza 50 milyon avro qiymət qoyub. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə cəmi 23 rəsmi oyuna çıxıb və 5 qol vurub.
"Real" Asensionu 2015-ci ldə "Malyorka"dan 3,5 milyon avroya transfer edib. "Transfermarkt"ın 15 milyon avro qiymət qoyduğu cari mövsümdə 25 oyun keçirərək 8 qol vurub.
Fanat.Az