"Real"a 375 milyon avroluq təklif

"Real"a 375 milyon avroluq təklif
"Santyaqo Bernabeu" stadionun ad sponsoru olacaq şirkətin adı hələ açıqlanmayıb. Fanat.az xəbər verir ki, İspaniya mətbuatı hazırda bu hüququ almağa ən real namizədin "Microsoft" şirkəti olduğunu iddia edir.
Məlumata görə, bir neçə gün əvvəl "Microsoft" rəhbərliyi ilə "Real"ın prezidenti Florentino Peres arasında görüş keçirilib. Şirkət rəhbərliyi kluba 15 illik müqavilə və hər il üçün 25 milyon avro təklif edib. Bu isə 375 milyon avro deməkdi. Tərəflərin yaxın günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər