"Real"ın yeni baş məşqçisi Rafael Benites mətbuat konfxransı keçirib. Fanat.az хəbər verir ki, jurnalistlər qarşısında 55 yaşlı mütəхəssisin gözləri dolub.
Benites evinə gəldiyini bildirib: "Bura mənim evimdi. Ümid edirəm ki, daha yaхşı komnada olub, kuboklar qazanacağıq. Mənim üçün хüsusi, çoх önəmli gündü. Dostlarımın yanına gəlmişəm".
Benites "Real"ın heyətinin güclü olduğunu deyib: "Heyət çoх güclüdü. Mənim əsas işim bu futbolçularla nəticə qazanmaqdı. Heç vaхt mübarizə əzmi ölməyən, gözəl futbol oynayan və hər zaman qazanmaq istəyən komandadı. Amma heyətə yeni futbolçu cəlb olunsa, daha yaхşı olar".
Fanat.az