"Real" Xoselunu satdı

"Real" Xoselunu satdı

"Real"ın hücumçusu Xoselu Qətər təmsilçisi “Əl-Qarafa”ya keçmək üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, "Real" 1,5 milyon avro ödəyərək "Espanyol"dan icarəyə götürdüyü futbolçunun transfer hüquqlarına yiyələnib və onu "Əl-Qarafa"ya satıb. Mənbə Xoselunun 2 illik müqaviləyə imza atacağını vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunçu son mövsümdə "Real" forması ilə 49 oyuna çıxaraq 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər