"Real" və "Barselona" eyni futbolçuya elçi düşüb. Fanat.az xəbər verir ki, İspaniya klubları "Borussiya"nın (Dortmund) və Almaniya millisinin türk əsilli üzvü İlkay Gündoğanı heyətinə qatmaq istəyir.
"El Mundo Deportivo" iddia edib ki, gələn yay transfer bazarının ulduzu türk futbolçu olacaq: "İlkay üçün "Real" və "Barselona" arasında yeni bir savaş yaxınlaşır".
"El Confidencial" adlı sayt isə Gündoğanın atasının bir müddət əvvəl Barselonaya yollanaraq klub rəsmiləri ilə görüşdüyünü yazıb. "Borussiya" ilə müqaviləsi 2015-ci ildə başa çatacaq futbolçu üçün hər iki klubun böyük məbləğdən keçməyə hazır olduğu qeyd olunub.
Fanat.az