"Real" Ceyms Rodrigeslə yollarını ayırmağa çalışır. Fanat.az xəbər verir ki, "Kral Klubu" kolumbiyalı ulduzunu "Mançester Yunayted"ə təklif edib.
İddiaya görə, "Real" ingilislərin qarşısına konkret şərt də qoyub. Belə ki, ispanlar "Mançester Yunayted"dən bu futbolçu üçün 60 milyon avro tələb edib.
"Qırmızı şeytanlar"ın bir müddətdi Rodrigeslə maraqlandığı məlumdu. Bu səbəbdən transferin baş tutmaq ehtimalı böyükdü.
Qeyd edək ki, Ceyms Rodriges 2010-cu ildə Argentinanın "Banfild" klubundan "Portu"ya 7,35 milyon avroya keçib. Portuqaliyalılar 3 il sonra onu "Monako"ya 45 milyon avroya satıb. "Real" isə 2014-cü ildə kolumbiyalı ulduzu 75 milyon avro qarşılığında Madridə aparıb. "Transfermarkt" hazırda 24 yaşlı hücumçuya 70 milyon avro qiymət qoyub. Rodriges cari mövsümdə 32 rəsmi oyuna çıxıb və cəmi 8 qol vurub.
Fanat.az