"Real Madrid"in yarımmüdafiəçisi Dani Sebalyos xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Kral klubu"nun mətbuat xidməti yayıb.
Xəbərə görə, bazar günü "Betis"lə oyunda futbolçunun sağ topuq nahiyəsində 3-cü dərəcəli burxulma yaranıb.
Tanınmış insayder Fabritsio Romano isə sosial şəbəkə hesabında Sebalyosun sağalması üçün 6-8 həftə lazım olacağı barədə məlumat paylaşıb.
Xatırladaq ki, “Real Madrid” öz meydanında “Betis”ə 2:0 hesabı ilə qalib gəlib. Madrid təmsilçisinin hər iki qolunu hücumçu Kilian Mbappe vurub. Ulduz fransız üçün bunlar İspaniya La Liqasında ilk qollar olub. “Real” növbəti matçını sentyabrın 14-də “Real Sosyedad”a qarşı keçirəcək.
Mirağa