"Real"ın ulduzu Alvaro Morata "Mançester Yunayted"ə keçir. Fanat.Az "Daiy Express"ə istinadən xəbər verir ki, ulduz futbolçu bu barədə yaxın dostlarına deyib.
Joze Mourinyonun israrla komandasında görmək istədiyi 24 yaşlı hücumçunun transferində artıq razılıq əldə olunduğu bildirilir. "Mançester Yunayted"in Alvaro üçün 52 milyonluq ilk təklifi "Real" tərəfindən rədd edilmişdi. "Kral Klubu"nun bu futbolçu üçün 80 milyon avroya yaxın transfer haqqı tələb etdiyi bildirilirdi. "Daiy Express"in məlumatına görə, artıq tərəflər 70 milyon avroya razılaşıb.
Qeyd edək ki, "Real" Moratanı 2014-cü ildə "Yuventus"a 20 milyon avroya satmış, iki il sonra 30 milyona geri qaytarmışdı.
Fanat.Az