"Real Madrid"in qapıçısı Andrey Luninin növbəti mövsümü harada keçirəcəyi məlum olub.
Fanat.Az "The Athletic"-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper "kral klubu"nda qalacaq.
Mənbənin məlumatına görə, klub rəhbərliyi futbolçuya onu komandada saxlayacaqlarını bildirib.
Luninin Madrid nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Andrey 2018-ci ildən "Real"da çıxış edir. Onun transfer qiyməti 25 milyon avro qiymətləndirilir. Ötən mövsümün sonunda Lunin İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.
Mirağa