"Real" qisas almaq şansı qazanıb. Fanat.az xəbər verir ki, "Kral Klubu" ötən mövsüm Çempionlar Liqasının yarımfinal matçında yenildiyi Dortmund "Borussiya"sına rəqib olub.
Belə ki, komandalar turnirin 1/4 final mərhələsində qarşılaşacaq. Ötən mövsüm 1/2-də üz-üzə gələn komandaların ilk matçında almanlar "Real"ı 4:1 hesabı ilə yenmişdi. Bu matçda "Borussiyan"nın bütün qollarına Robert Levandovski imza atmışdı. "Real"ın heyətində isə yeganə qolu rəqib qapısından Kriştiano Ronaldo keçirmişdi. Madriddə baş tutan cavab matçında ispanlar qələbə qazansa da, mərhələ adlaya bilməmişdilər - 2:0. Bu oyunda Kərim Benzema və Serxio Ramos fərqlənmişdi.
Fanat.az