Çempionlar Liqaının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az хəbər verir ki, "Real" ötən gün "Şalke 04"ü qəbul edib.
Səfərdə 0:2 hesabı ilə yenilən Çempionlar Liqasının son qalibi evdə 3:4 hesabı ilə yenilsə də, mərhələ adlayan tərəf olub. "Real"ın heyətində Kriştiano Ronaldo dubl edib, Kərim Benzema bir qol vurub. "Şalke 04"ün qollarına isə Klaas-Jan Huntelaar, Kristian Fuks və Leroy Sane imza atıb.
Fanat.az