"Real" Ronaldosuz da qazanır - VİDEO

"Real" Ronaldosuz da qazanır - VİDEO

İspaniya La Liqasında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Real" bu gün "Xetafe"nin qonağı olub.

"Kral Klubu" səfər matçında 3:0 hesablı qələbə qazanıb. 3 oyunluq cəzalandırılan Kriştiano Ronaldonun yoxluğunda "Real"ın qollarına Jese Rodriges, Kərim Benzema və Luka Modriç imza atıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan "Barselona", "Real" və "Atletiko"nun 60 xalı var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər