Həm futbolçu, həm də baş məşqçi kimi "Real"la çempionluq sevinci yaşamış Jorge Valdano Raul Qonzaleslə bağlı maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, 58 yaşlı mütəxəssis veteran futbolçunun gec-tez "Kral Klubu"nun başına keçəcəyini bildirib.
1994-cü ildə Raula 17 yaqşında forma şansı verərək "Real"ın ən gənc futbolçusu olmasına şərait yaradan Valdano onun "Real" üçün Qvardiola effekti yaradacağını deyib: "Qvardiolanın komandası ilə heç bir şey müqayisə oluna bilməz. Amma Raulun çox ağıllı olduğunu düşünürəm. O, "Real"ın Qvardiolası olacaq. Amma "Barselona" tərzindən fərqli "Real" kimliyi ilə komanda quracaq. Bunun üçün özünü hazırladığına inanıram. Karyerası ərzində göstərdiyi ağılı futbola da sərf edəcək. Raul bunun üçün tələsir. Amma mən onu "Real"ın başında görmək üçün tələsirəm".
Qeyd edək ki, Jorge Valdano 1984-1987-ci illərdə "Real"da çıxış edib. Bu müddətdə o, 2 dəfə La Liqanı, 2 dəfə UEFA Kubokunu, 1 dəfə isə "Kral Kuboku"nu qazanıb. 1994-1996-cı illərdə "Kral Klubu"na rəhbərlik edən argentinalı 1994/95 mövsümündə ölkə kubokuna sahib çıxıb.
Raul isə 1994-2010-cu illərdə 16 il "Real"da çıxış edib. Bu müddətdə o, La Liqanı (6 dəfə), İspaniya Superkubokunu (4), Çempionlar Liqasını (3), Avropa Superkubokunu (1), klublararası dünya çemipionluğunu (2) qazanıb.
Fanat.az