"Real" "Yuve"nin 22 yaşlı forvardını hədəfə aldı

"Real" "Yuve"nin 22 yaşlı forvardını hədəfə aldı
FIFA tərəfindən iki dönəm transfer qadağası qoyulan "Real" bu qış heyətinə yeni oyunçu qatmaq niyyətindədi. Fanat.az xəbər verir ki, "Kral Klubu" yanvar ayı başa çatmadan "Yuventus"dan Paulo Dibalanı heyətinə qatmaq istəyir.
"Real"ın bu transfer üçün Turin klubuna nə qədər təklif etdiyi açıqlanmır. Amma "Yuventus" onu yayda "Palermo"dan 35 milyon avroya transfer etmişdi. "Palermo" isə 22 yaşlı forvardı 2012-ci ildə Argentinanın "İnstituto" klubundan 11,9 milyon avroya heyətinə qatmışdı.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Yuventus"un heyətində 28 rəsmi oyuna çıxıb və 13 qol vurub. "Transfermarkt" saytı 22 yaşlı hücumçuya 36 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər