"Real" "Xəzər Lənkəran"ın yolunu gedə bilər - SİYAHI

"Real" "Xəzər Lənkəran"ın yolunu gedə bilər - SİYAHI

FIFA-nın sanksiyası ilə üzləşən və 2018-ci ilə qədər transfer qadağası qoyulan "Real" qarşıdakı iki dönəmdə heyətinə yeni futbolçular qata bilməyəcək. Bu isə komandanın öz yetirmələrinin əsas heyətə yolunun açılması deməkdi.

Müqayisə üçün bildirək ki, "Xəzər Lənkəran" da eyni aqibətlə üzləşmiş və FIFA tərəfindən transfer qadağası qoyulmuşdu. Bu zamanı klubun əvəzedici və aşağı yaş qrupları üzrə komandalarında oynayan gənc futbolçular əsas heyətə yüksələrək Premyer Liqa təcrübəsi qazanmışdı. İndi həmin futbolçular digər Premyer Liqa klublarında çıxış edir, bəziləri milli komandalara çağırılır.

Fanat.Az "Real"ın əsas komandasına yüksəlməsi gözlənən 10 futbolçunu təqdim edir.

Borya Mayoral - Almaniyanın "Volfsburq" klubuna icarəyə verilib. Bundesliqada özünü göstərə bilsə, növbəti mövsüm onu "Real"ın A komandasında görə bilərik.

Martin Odeqaard - "Real"a transferi böyük olay olmuşdu. Nəhayət əsas komandada özünə yer edə bilər.

Markos Llorente - "Alaveş"də icarə əsasında çıxış edən 21 yaşlı futbolçu özünü sübut etməlidi.

Xesus Vallexo - "Saraqosa"da keçirdiyi bir mövsümdən sonra Frankfurt "Ayntraxt"ına icarəyə verilib.

Dieqo Llorente - Uzun boylu və fiziki cəhətdən güclü bir stoperdi. İcarəyə verildiyi "Malyorka"da özünü sübut etsə, Zinəddin Zidanın rəhbərliyi altında oynaya bilər.

Burqui - Ötən mövsüi "Espanyol"da özünü yaxşı tərəfdən göstərmişdi. Bu mövsüm isə "Sportinq"ə icarəyə verilib. 

Açraf Hamiki - B komandasında özünü sübut etməyə çalışır.

Fillip Lienhart - "Real Madrid Kastilya"nın heytində ən diqqət çəkən oyunçulardan biridi. Müdafiənin mərkəzində oynayır.

Enzo Zidan - Zinəddin Zidanın oğludu. Transfer qadağası onun üçün fürsət ola bilər.

Serxio Dias - "Real"ın B komandasında oynayır. Meydana çıxdığı 3 matçda 3 qol vurub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər