İspaniya La Liqasında XXXI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Real" ötən gecə "Rayo Vallekano"nu qəbul edib.
Son iki turda uduzaraq liderliyi əldən verən "Kral Klubu" hər şeyin acığını çıxıb - 5:0. Hesabı 15-ci dəqiqədə Kriştiano Ronaldo açıb. 55-ci dəqiqədə Daniel Karvajal fərqi artırıb. 68-70-ci dəqiqələrdə Qaret Beyl dubl edib. Son nöqtəni isə 78-ci dəqiqədə Alvaro Morata qoyub.
Qeyd edək ki, "Real" 31 oyundan sonra 73 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Kral Klubu" "Atletiko"dan 3, "Barselona"dan 2 xal geri qalır.
Fanat.az