Madrid "Real"ı UEFA Super Kuboku uğrunda "Sevilya" ilə matça ciddi itkilərlə çıxacaq.
Fanat.az xəbər verir ki, komandanın ulduz futbolçusu Kriştiano Ronaldodan sonra bir neçə aparıcı oyunçunun vacib qarşılaşmada iştirak etməyəcəyi bəlli olub.
Məsələ burasındadı ki, Qaret Beyl, Toni Kroos, Keylo Navas və Pepe İspaniya derbisində "kral klubu"na kömək etməyəcək. İş burasındadı ki, adıçəkilən futbolçular milli komandalara görə verilən tətildən hələ də qayıtmayıblar. Kroosla Beyl sözügedən matçdan 3 gün, Pepe isə 1 gün sonra komandaya qoşulacaq. Navas isə Ronaldo kimi zədəlidi.
Qeyd edək ki, "Real" - "Sevilya" matçı avqustun 9-da baş tutacaq.
Fanat.az