"Real" "El Klasiko" öncəsi ulduzunu itirdi

"Real" "El Klasiko" öncəsi ulduzunu itirdi

"Real Madrid" əsas oyunçularından biri olan Rodriqonun "El Klasiko"nu buraxacağını rəsmi olaraq açıqlayıb.

Fanat.Az xəbər verir ki, klubun saytı "Barselona" ilə oyun ərəfəsində xəsarət alan ulduz futbolçunun tibbi müayinədən keçdiyini, ona omba nahiyəsindən zədə diaqnozu qoyulduğunu bəyan edib. 

23 yaşlı braziliyalı vinger təxminən üç həftə komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, Rodriqo Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə ev oyununda (5:2) zədələnib.

O, bu mövsüm İspaniya çempionatında və Çempionlar Liqasında ümumilikdə 12 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 

"Real Madrid" - "Barselona" matçı oktyabrın 25-də keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər