"Real" Pepenin gedişindən sonra müdafiənin mərkəzində yaranan boşluğu icarəyə verdiyi futbolçusunu geri qaytararaq doldurub. Fanat.Az xəbər verir ki, "Kral Klubu" "Ayntraxt"a (Frankfurt) icarəyə verilən Xesus Valleyonu geri çağırıb. O, Pepenin geyindiyi 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Real" Xesusu 2015-cü ildə "Saraqosa"dan 5 milyon avroya alıb. O, bir mövsüm "Saraqosa"da, bir mövsüm də "Yantraxt"da icarə əsasında çıxış edib. "Transfermarkt"ın 8 milyon avro qiymət qoyduğu 20 yaşlı müdafiəçi ötən mövsüm 27 rəsmi oyuna çıxaraq 1 qol vurub.
Fanat.Az