"Real" məni 14 yaşımdan istəyir"- VUNDERKİND

"Real" məni 14 yaşımdan istəyir"- VUNDERKİND

"Real"ın mənimlə maraqlandığını eşitmək yenilik deyil. Madrid klubu 14 yaşımdan məni istəyir". Bu sözləri "Monako"nun vunderkindi Kilian Mbappe deyib.

Fransa və İngiltərə arasında baş tutan son yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlama verən 18 yaşlı hücumçu əlavə edib: "Əlbəttə ki, "Real"a getsəm, öncə ailəmlə danışacam. Yekun sözü isə klub rəhbərliyi deyəcək. Çünki müqaviləylə "Monako"ya məxsusam".

Qeyd edək ki, knyazlıq klubu onlarla cəlbedici təklifə rəğmən, Mbappeni satmayacaqlarını açıqlayıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər