"Real"ın baş məşqçisi Karlo Ançelotti müdafiəçi Ferland Mendinin Madrid klubu ilə müqaviləsini uzatdığını, lakin müddətini dəqiqləşdirmədiyini bildirib.
Fanat.Az "Relevo"-ya bu barədə belə deyib:
"Mendi "Real Madrid" ilə müqaviləsini uzadıb, biz onun performansından razıyıq. Müqavilənin müddəti və digər detallar hələ dəqiqləşdirilir".
Yerli KİV isə yeni müqavilənin 2028-ci ilin yayına qədər nəzərdə tutulduğunu bildirib. Mendi ilə hazırkı müqavilənin müddəti bu mövsümün sonuna qədərdir.
Xatırladaq ki, 29 yaşlı futbolçu "Real"a 2019-cu ilin yayında “Havr”dan 48 milyon avroya keçib. O, "Kral klubu"nda bütün turnirlərdə 176 oyunda iştirak edib, bu görüşlərdə 6 qol vurub, 10 məhsuldar ötürmə edib.
Mirağa